RU

Fitr bayramında oruc tutmaq olar? – İlahiyyatçı AÇIQLADI

“Fitr bayramı günü oruc tutmaq İslamda qadağan olunub”.

Bu sözləri ilahiyyatçı Ağa Hacıbəyli KONKRET.az-a açıqlamasında bildirib.

İlahiyyatçı

Onun sözlərinə görə, artıq dünya müsəlmanlarının böyük əksəriyyəti Ayın görünməsi ilə bağlı bayramı elan edib və bayram namazları qılınıb.

İlahiyyatçı qeyd edib ki, bayram günü oruc tutmaq düzgün deyil:

“Bayram günü Oruc tutmaq qadağandır. Dünən bizə oruc tutduran Allah, bu gün də əksini əmr edir”.

Qeyd edək ki, Fitr bayramı Ramazan ayının başa çatmasını simvolizə edir və həmin gün müsəlmanlar üçün bayram, sevinc və paylaşma günü hesab olunur.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
63
1
konkret.az

2Источники