RU

Şimali Avropa və Baltikyanı ölkələrinin nümayəndələri Bakıda rəsmi səfərdə olublar FOTO

ain.az bildirir, Oxu.az portalına istinadən.

Şimali Avropa-Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıya rəsmi səfər ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, xarici işlər nazirinin müavini Fariz Rzayev, Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Məmməd Talıbov, eləcə də vətəndaş cəmiyyəti və analitik mərkəzlərin nümayəndələri ilə səmərəli və məzmunlu görüşlər keçirilib.

"Müzakirələr Ermənistan və Azərbaycan arasında sülh və normallaşma prosesi, regional təhlükəsizlik məsələləri və ikitərəfli münasibətlərin inkişafı kimi geniş spektrli mövzuları əhatə edib. Bu səfər ötən ilin yazında siyasi direktorların Bakıya səfərindən sonra Şimali Avropa-Baltikyanı formatında (NB8) həyata keçirilən ikinci rəsmi səfərdir", - məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
15
oxu.az

10Источники