RU

Gəncədə bayram namazı qılınıb

Gəncə, 20 mart, AZƏRTAC

Bu gün ölkənin hər yerində olduğu kimi, Gəncədə də Ramazan bayramı münasibətilə bayram namazı qılınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sakinlər şəhərin “İmamzadə” kompleksi, “Şah Abbas”, “Şahsevənlər”, “Qırıxlı” və “Qazaxlar” məscidlərində bir araya gələrək bayram namazını icra ediblər.

Mərasim zamanı şəhidlərimizin ruhuna dualar edilib, ölkəmizə əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.

Müxbir - Elcan Məmmədov

Избранный
44
azertag.az

1Источники