RU

Azərbaycanlı futbolçu qeyb olub – Ülvi Babayev sövdələşməyə qurban getdi...

Vətənə, onun yığmasına arxa çevirən azərbaycanlı futbolçular haqda yazmaq adamın ürəyincə olmasa da, yenə də haqsızlıq, ədalətsizlik görəndə dözmək çətindi. Gənc və istedadlı hücumçu, bu ay 22 yaşını tamamlayacaq Ülvi Babayevin ulduzu tez parladı və...

Belə getsə, tez də sönəcək. Niyə? Deyim də. Dekabr və yanvar ayları boyunca Ülvinin yetirməsi olduğu “Dinamo”nu “Spartak”a dəyişəcəyi ilə bağlı söhbətlər getdi. “Dinamo” rəhbərliyində təmsil olunan bəziləri hətta azərbaycanlı hücumçunu şantaj da etdi. İndi isə belə məlum olur ki, bu keçid “Dinamo”nun baş direktoru Aleksandr İvlevlə “Spartak”da eyni vəzifəni tutan Sergey Nekrasov arasındakı özünəməxsus centlmen sövdələşməsinə qurban gedib. Adı çəkilən şəxslər arasındakı dostluq münasibətlərinin ana prinsiplərindən biri də odu ki, bir-birimizdən oyunçu “oğurlamayaq”.

Yaxşı, keçidə razılıq vermirsənsə, onda oynamasına şərait yarat da! “Dinamo”nun baş məşqçisi Rolan Qusev soydaşımıza şans verməkdə maraqlı deyil! Deməli, vəziyyət belədi: “Dinamo” qış fasiləsindən sonra keçirdiyi üç oyunun hamısında qələbə qazanıb – evdə “Krılya Sovetov” (4:0), səfərdə ÇSKA (4:1) və “Rostov” (1:0) üzərində. Maraqlıdı ki, baş məşqçi bu oyunların heç birində Ülvini meydana buraxmağı lazım bilməyib. Babayev “Krılya Sovetov”la oyunda sifariş ərizəsində salınmayıb, sonrakı iki oyunda isə əvvəldən axıra qədər ehtiyatda qalıb. Bir sözlə, baş məşqçi Ülviyə etimad göstərmir. Qışdakı incikliyin nəticəsidi, ya yox – buna artıq siz qərar verin.

Yeri gəlmişkən, 30 xalla 7-ci pillədə qərarlaşan “Dinamo” özündən əvvəlki “Spartak”dan 5 xal geri qalır.

ORXAN

Избранный
70
2
football-plus.az

3Источники