FİFA İsrail Futbol Assosiasiyasını cərimələyib.
Fanat.Az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Fələstin tərəfinin şikayət əsasında işə baxan qurum İsraili təhqiramiz davranışa (intizam kodeksinin 13-cü maddəsi), ayrıseçkilik və irqçiliyə (15-ci maddə) görə 150 min İsveçrə frankı məbləğində cərimələyib.
Baxmayaraq ki, qarşı tərəf FİFA-dan İsrailin beynəlxalq yarışlardan kənarlaşdırılmasını tələb edib. Beynəlxalq futbol qurumu bundan imtina edbi. Milli komanda Millətlər Liqası, dünya və Avropa çempionatlarının seçmə mərhələlərində, klublar isə avrokubokda mübarizə aparmağa davam edəcək.