"Neftçi" Misli Premyer Liqasının XXV turunda bu gün "İmişli"ni qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

"Ağ-qaralar" cari mövsüm bölgə təmsilçisini məğlub etməyi bacarmayıb.

"Neftçi" 34 xalla 6-cı, "İmişli" isə 22 xalla 9-cu yerin sahibidir.

Misli Premyer Liqası, XXV tur

20 mart (cümə)

19:15 “Neftçi” - “İmişli”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov

VAR: İnqilab Məmmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Neftçi Arena”