RU

Ukrayna 90 milyard avronu alacaq - Aİ rəhbərliyi Orbanı sərt tənqid etdi

Macarıstanın baş naziri Viktor Orban tərəfindən bloklansa da, Ukrayna Avropa İttifaqının təsdiqlədiyi 90 milyard avronu alacaq.

Musavat.com xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Aİ sammitindən sonra deyib:

“Bu kreditin bu və ya digər şəkildə həyata keçirilməsini təmin edəcəyik. Biz konkret çətinliklərlə üzləşirik və bu gün öhdəliyimizi bir daha təsdiqlədik".

O, 2025-ci ilin dekabrında Avropa liderlərinin Kiyevə kreditlə bağlı əldə etdiyi razılaşmanın şərtlərini xatırladıb. Qərar üç Aİ ölkəsinin kreditin ödənilməsinə töhfə verməməsi şərti ilə qəbul edilib. Bu, 27 üzv dövlətin əldə etdiyi razılaşmanın əsasını təşkil edirdi: "Hazırkı vəziyyətimizə gəldikdə isə, liderlərdən birinin sözünə əməl etməməsi səbəbindən kredit bloklanmış olaraq qalır".

Avropa Şurasının prezidenti Antonio Kosta öz növbəsində Orbanı sözündən dönməkdə, Aİ-ni şantaj etməkdə suçlayıb. Onun sözlərinə görə, hazırkı Aİ sammitində Aİ liderləri Orbanın mövqeyini pisləyərək, ona verdiyi sözün yerinə yetirilməli olduğunu bildiriblər: "Heç kim Avropa Şurasını və ya Avropa İttifaqının qurumlarını şantaj edə bilməz. Biz bu krediti verəcəyik".

Musavat.com

Избранный
63
50
musavat.com

10Источники