RU

Sumqayıtda ağır QƏZA: "Mercedes" aşdı, sürücü ÖLDÜ

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə "Yaşma bağları" adlanan yaşayış massivində qeydə alınıb.
 
"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü, 1969-cu il təvəllüdlü Davud Fərhad oğlu Baxşıyev ağır xəsarətlərdən hadisə yerində ölüb.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
Избранный
69
4
moderator.az

10Источники