RU

BMT baş katibi: Yaxın Şərqdə münaqişənin taleyi ABŞ ın siyasi iradəsindən asılıdır

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

BMT-nin baş katibi António Quterres bildirib ki, Yaxın Şərqdə münaqişənin sona çatması ABŞ-ın siyasi iradəsi və qəbul edəcəyi qərarlardan asılıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə BMT baş katibinin açıqlamalarını Avropanın "Politico" nəşri yayıb.

Onun sözlərinə görə, müharibə dayandırılmalıdır və bunu reallaşdırmaq imkanları əsasən ABŞ-ın əlindədir. Quterreş vurğulayıb ki, münaqişəyə son qoymaq mümkündür, lakin bu, birbaşa siyasi iradədən asılıdır.

Baş katib qeyd edib ki, İsrail öz strategiyası çərçivəsində İranın hərbi potensialını tamamilə məhv etməyə və rejim dəyişikliyinə nail olmağa çalışır. Digər tərəfdən, İranın strategiyası mümkün qədər uzun müddət müqavimət göstərmək və maksimum zərər vurmaqdan ibarətdir.

Quterreşin fikrincə, problemin əsas həlli ABŞ-ın nə vaxt “öz missiyasını başa çatmış hesab etməsi” ilə bağlıdır. O əlavə edib ki, ABŞ prezidenti Donald Trump lazımi tərəfləri münaqişənin artıq başa çatdırıla biləcəyinə inandıra bilər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
66
icma.az

1Источники