ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə "Yaşma bağları" adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü, 1969-cu il təvəllüdlü Davud Fərhad oğlu Bazşıyev ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. //"Report"
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.