RU

Sumqayıtda ağır QƏZA: “Mercedes” aşdı, sürücü öldü

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə "Yaşma bağları" adlanan yaşayış massivində qeydə alınıb.

"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü, 1969-cu il təvəllüdlü Davud Fərhad oğlu Baxşıyev ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Избранный
52
4
yenisabah.az

10Источники