RU

SEPAH-dan raket istehsalı ilə bağlı ŞOK AÇIQLAMA - "Sürprizlərimiz var..."

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü ölkənin raket sənayesinin mövcud vəziyyəti və gələcək planları barədə açıqlamalar verib.

Musavat.com xəbər verir ki, bu barədə İranın "Farhikhtegan" nəşri məlumat yayıb.

SEPAH sözçüsü raket sənayesinin hazırlıq səviyyəsini ən yüksək balla ("20") qiymətləndirib və bu sahədə heç bir narahatlığın olmadığını vurğulayıb.

Onun sözlərinə görə, İran hətta müharibə şəraitində belə raket istehsalını davam etdirmək iqtidarındadır.

O, raket ehtiyatlarının saxlanılması və tədarükü ilə bağlı heç bir problemin yaşanmadığı qeyd edib.

Sözçü çıxışının sonunda düşmən tərəfi üçün yeni "sürprizlərinin" olduğunu da xatırladıb.

O bildirib ki, hərbi qarşıdurmalar daha da irəlilədikcə döyüşlər daha mürəkkəb, təəccübləndirici və gözlənilməz yeniliklərlə müşayiət olunacaq.

Musavat.com

Избранный
65
musavat.com

1Источники