RU

Mehmet Ali Erbil: “Peyğəmbərin nəslindənəm”

Tanınmış türkiyəli şoumen Mehmet Ali Erbil şəxsi həyatı və açıqlamaları ilə yenidən gündəmə gəlib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, qatıldığı proqramda babasının şeyxin nəvəsi olduğunu bildirərək, diqqətçəkici bir iddia irəli sürüb.

“Mərhum babam şeyx nəslindən idi, ona görə də, təbii ki, mənim nəslim də eynidir”, - şoumen qeyd edib.

Proqramın aparıcısı Erbilə “Deməli, sən də Peyğəmbərin nəslindənsən” deyərək şərh verib və şoumen bu fikri təsdiqləyib.

Proqram zamanı Erbil uşaqlığı və ailəsi ilə bağlı səmimi açıqlamalar da verib, ailəsindən kifayət qədər sevgi görmədiyini bildirərək, duyğulu anlar yaşayıb.

Qeyd edək ki, Mehmet Ali Erbilin mənşəyi İraqla bağlıdır. Onun babası kürd Şeyx Esede Erbili 1835-ci ildə İraqın Ərbil şəhərində anadan olub. Atası məşhur aktyor Səadəttin Ərbildir.

"Cebheinfo.az"

Избранный
25
2
cebheinfo.az

3Источники