RU

Mançester Siti nin hücumçusu şahmat turnirinin investroru oldu

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Mançester Siti"nin hücumçusu Erlinq Haland "Norway Chess" turnirinə və yeni "Total Chess" Dünya Çempionatına investor olub. Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında məlumat yayıb.

Turnir hər il dünyanın ən yaxşı şahmatçılarının iştirakı ilə keçiriləcək. Yarış dörd fərqli şəhərdə keçirilən dörd turnirdən ibarət olacaq. Yeni çempionat FIDE tərəfindən minimum 16 il müddətinə təsdiqlənib.

2026-cı ilin payızında pilot turnirin, tam mövsümün isə 2027-ci ildə keçirilməsi planlaşdırılır. Yarışın mükafat fondu ən azı 2,7 milyon dollar olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
sport24.az

1Источники