RU

Rayonlara səfər planlayanların nəzərinə!

Milli Hidrometeorologiya Xidməti Novruz bayramı günləri üçün gözlənilən hava proqnozunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bayramın ilk günü ölkə ərazisində yağıntılı keçsə də, növbəti günlərdə havanın temperaturu yüksələcək.

Bakıda və Abşeron yarımadasında martın 20-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz saatlarında bəzi ərazilərdə yağış yağacağı ehtimal olunur. Paytaxtda havanın temperaturu gecə 8, gündüz 14 dərəcəyədək isti təşkil edəcək. Martın 21-i və 22-də isə hava şəraiti sabitləşəcək, əsasən yağmursuz keçəcək. Bayramın ikinci günü termometrlər 17 dərəcəyədək yüksələcək.

Bölgələrdə martın 20-də hava şəraiti daha sərt keçəcək. Naxçıvandan başlayaraq bir çox rayonlarda, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində yağıntı, dağlıq ərazilərdə isə qar gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Lakin martın 21-i səhər saatlarından etibarən yağıntılar kəsiləcək.

Mərkəzi Aran rayonlarında və şimal-qərb bölgəsində martın 22-də havanın isinməsi daha çox hiss olunacaq. Həmin gün bəzi yerlərdə temperaturun 20 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Dağlıq rayonlarda isə dumanlı hava şəraiti müşahidə olunacaq, temperatur gündüz saatlarında 10 dərəcəyə yaxın olacaq.

Cənub bölgəsində də martın 20-də intensiv yağışlar gözlənilsə də, bayramın digər günləri hava əsasən yağmursuz keçəcək. Dağlıq ərazilərdə gecə saatlarında şaxta ehtimalı qalsa da, gündüz mülayim temperatur üstünlük təşkil edəcək.

Избранный
35
1
nocomment.az

2Источники