RU

Şəkilə görə İran millisindən qovulan futbolçunun əmlakı da müsadirə oluna bilər

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sərdar Azmun sosial mediada BƏƏ liderləri ilə şəkil paylaşdığına görə İran milli komandasından qovulub. Sport24.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Azmun BƏƏ liderləri ilə şəkilə "Dünyanın ən böyük ağıl sahibləri ilə görüşmək həm xoş, həm də şərəf idi" şərhini yazıb.

Mənbənin sözlərinə görə, milli komandadan qovulmaqla yanaşı, hücumçuya qarşı hüquqi tədbirlər görüləcək. Futbolçunun əmlakının müsadirə edilməsi də gündəmdədir. 

Qeyd edək ki, 31 yaşlı Azmun İran millisində bütün turnirlərdə 91 oyun keçirib, 57 qol vurub və 17 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
78
sport24.az

1Источники