RU

Monqolustan ABŞ-nin yeni viza qaydalarına etiraz etdi

BAKI, 20 mart. TELEQRAF

Monqolustan Xarici İşlər Nazirliyi ABŞ-nin ölkə vətəndaşlarına 15 min dollar girov qarşılığında viza verilməsi proqramına daxil edilməsi qərarına görə narahatlığını ifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə Monqolustan XİN ABŞ səfirliyinin əməkdaşları ilə görüşdən sonra yaydığı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Monqolustan tərəfi görüşün əvvəlində ABŞ-nin bu qərarının məntiqini və səbəblərini anlamağın çətin olduğunu bildirib və iki ölkə arasında biznes, turizm və digər əməkdaşlıq sahələrinin inkişafını məhdudlaşdıra biləcək addıma görə dərin təəssüfünü ifadə edib.

Monqolustan XİN həmçinin ABŞ səfirliyinin ölkənin bu siyahıdan çıxarılmasına dəstək verəcəyinə ümid etdiyini vurğulayıb.

Məlumata görə, ABŞ tərəfi bildirib ki, 15 min dollar girovla verilən biznes və turizm vizaları (B-1 və B-2 kateqoriyaları) proqramına daxil edilən ölkələrin sayı 38-dən 50-yə qaldırılıb. Bu addım ABŞ hökumətinin viza rejiminə nəzarəti gücləndirmək və ölkəyə gələn turistlərin vizadan artıq qalma hallarının qarşısını almaq məqsədi daşıyan siyasətinin bir hissəsi kimi izah olunub.

Eyni zamanda, ABŞ tərəfi qərarla bağlı daha ətraflı məlumat verməyə və Monqolustanın siyahıdan çıxarılması istiqamətində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Избранный
45
teleqraf.com

1Источники