İran hərbçiləri Amerika Birləşmiş Ştatlarının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Əd-Dafra" hərbi bazasına zərbə endiriblər.
Publika.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"İsrail və ABŞ-a qarşı keçirilən 'Doğru vəd - 4' əməliyyatının 66-cı mərhələsi çərçivəsində biz Qüds, Hayfa və ABŞ-ın 'Əd-Dafra' bazasındakı hədəfləri uğurla vurduq", - deyə məlumatda bildirilir.
İran Silahlı Qüvvələrinin məlumatına görə, zərbələr zamanı "Khorramshahr", "Qadr" və "Emad" tipli "super ağır" raketlərdən istifadə olunub.