RU

Jirona nın baş məşqçisi Xosep Qvardiolanı yerinə göz dikib

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Jirona"nın baş məşqçisi Miçel Sançes "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiolanı əvəz etmək istəyini bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə "Mirror" nəşrinə açıqlamasında danışıb: 

"Özümü istənilən komandanı çalışdırmağa hazır hesab edirəm. "Mançester Siti"nin də bu fikri bölüşüb-pismədiyini bilmirəm. Əlbəttə ki, mühit fərqlidir, amma mənim uyğunlaşmaq qabiliyyətim var və sınamaq istəyirəm".

Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2021-ci ildən "Jirona"nın "sükanı arxasındadır". Komanda onun rəhbərliyi altında 2023/24 mövsümündə La Liqada üçüncü yeri tutub.  Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
100
sport24.az

1Источники