RU

Millimizin Portuqaliya ilə oyun üçün heyəti açıqlandı

ain.az, Axar.az saytına istinadən bildirir.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 20-də Bakıda təlim-məşq toplanışına başlayacaq.

Axar.az xəbər verir ki, U-21 Avropa çempionatının seçmə mərhələsinin B qrupunda martın 27-də 8-ci kilometr qəsəbə stadionunda Portuqaliya yığmasını qəbul edəcək, ertəsi gün Bolqarıstana yollanacaq.

Komanda martın 31-də isə Plovdiv şəhərində Bolqarıstan seçməsi ilə qarşılaşacaq.

Millinin yeni açıqlana heyəti belədir: Sadiq Məmmədzadə - “Difai”, Xəyal Fərzullayev - “Sumqayıt”, Səlim Həşimov -“Şamaxı”, Emin Rüstəmov - “Karvan Yevlax”, Elgün Dünyamaliyev “- Cəbrayıl”, Raul Məmmədov – “Səbail”, Okan Təhmazlı – “Zaqatala”, Əkbər Eyubov - “Mingəçevir”, Kənan Feyziyev – “Sumqayıt”, Eşqin Əhmədov – “Qəbələ”, Rüfət Abbasov – “Şamaxı”, Nadir Orucov – “Sumqayıt”, Bilal İsmayılov – “Şamaxı”, Nuğay Rəşidov – “Qəbələ”, Emil Süleymanov – “Şamaxı”, Oruc Məmmədov – “Şamaxı”, Şahin Şahniyarov – “Qəbələ”, Edqar Ədilxanov – “Şamaxı”, Hikmət Cəbrayılzadə - “Qarabağ”, Həsən Nəzərli – “Keçiörən Bələdiyyəsi” (Türkiyə), Nahid Əliyev – “Şəfa”, Şahin İbrahimov – “Sabah”, Murad Məmmədov – “Neftçi”, Nihad Əhmədzadə - “Sumqayıt”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
46
12
axar.az

10Источники