"Barselona" futbol klubunun vingeri Rafinya UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Ölkə.az bildirir ki, bu barədə turnirin sosial şəbəkə hesablarında məlumat verilib.
Rafinya "Nyukasl"a qarşı keçirilən cavab oyununda (7:2) iki qol vurub və iki məhsuldar ötürmə edib.
Braziliyalı oyunçu səsvermə zamanı "Sportinq"dən Fransişku Trinkau, "Real Madrid"dən Vinisius Junior və "Liverpul"dan Dominik Soboslayı qabaqlayıb.(oxu.az)