RU

ABŞ BƏƏ, Küveyt və İordaniyaya milyardlarla dollar dəyərində silah satışı həyata keçirəcək

Bakı. Trend:

ABŞ Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İordaniyaya ümumilikdətəxminən 16 milyard dollar həcmində təcili silah satışına razılıqverib.

Trend xəbər verir ki, dövlətkatibi Marko Rubio təhlükəsizlik avadanlıqlarının operativ şəkildəçatdırılmasının ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğunolduğunu əsas gətirərək, Konqresin təsdiq mərhələsini keçmək üçünxüsusi fövqəladə səlahiyyətlərdən yararlanıb.

Razılaşmalara əsasən, Küveyt 8 milyard dollar dəyərində qabaqcılhava hücumundan müdafiə radar sistemləri əldə edəcək, BƏƏ isə 8,4milyard dollardan artıq məbləğə dronların qarşısını almaq üçünsistemlər və qırıcı təyyarələr üçün sursat alacaq. Həmçinin,İordaniya üçün təyyarə ehtiyat hissələri və texniki xidmətlə bağlı70,5 milyon dollarlıq müqavilə də təsdiqlənib.

Избранный
101
az.trend.az

1Источники