RU

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır

ABŞ prezidenti Donald Trampın İranla müharibə fonunda daha sərt və riskli qərarlar verə biləcəyi bildirilir. 

Musavat.com xəbər verir ki, Britaniyanın “The Economist” nəşrində dərc olunan redaksiya məqaləsində qeyd olunur ki, İranla müharibə Trampın siyasi mövqelərini zəiflədir.

Nəşr yazır ki, ABŞ-nin İrana qarşı başladığı hərbi müdaxilənin qısamüddətli olması belə Donald Trampın ikinci prezidentlik dövrünün siyasi trayektoriyasını dəyişə bilər. Müharibənin uzanması Tramp üçün daha ağır nəticələr doğura, hətta onun siyasi dayaqlarını sarsıda bilər.

Nəşrin təhlilinə görə, respublikaçı düşərgədə artıq narazılıq əlamətləri görünür. Xüsusən də qarşıdan gələn seçkilər fonunda partiya daxilində narahatlıq artır. Məqalədə vurğulanır ki, İranla savaş uzandıqca həm Trampın nüfuzu zədələnə, həm də Respublikaçılar Partiyası üçün seçki risqləri dərinləşə bilər.

The Economist hesab edir ki, zəifləyən Tramp daha təhlükəli siyasi davranış xəttinə keçə bilər. Məqalədə qeyd olunur ki, belə vəziyyətdə o, həm xarici siyasətdə daha sərt addımlar ata, həm də ölkə daxilində media üzərində təzyiqi artırmaq, Mərkəzi Bankla toqquşmaya getmək, seçki prosesinə müdaxilə cəhdlərini gücləndirmək və daxili qarşıdurmanı dərinləşdirmək yolunu seçə bilər. Bu isə ABŞ-də onsuz da gərgin olan siyasi mühiti daha da partlayıcı hala gətirə bilər.

 

Musavat.com

d562ebbf-e652-4fc1-a0a4-fd0aca397268.jpg

Избранный
73
musavat.com

1Источники