RU

Ərbildə ABŞ-ın "Harir" hərbi bazasına hücum olub: yanğın başlayıb

Ərbildə ABŞ-ın "Harir" hərbi bazasına hücum olub: yanğın başlayıb

İraqın Ərbil vilayətinin Soran rayonunda yerləşən və ABŞ-ın "Harir" hərbi bazasının da daxil olduğu əraziyə təşkil edilən hücumdan sonra yanğın çıxıb.

AFN.az yerli mətbuata istinadən xəbər verir ki, hücum birbaşa ABŞ-ın "Harir" hərbi bazasının yerləşdiyi bölgəni hədəf alıb.

Hadisə şahidləri 5 dəqiqə ərzində ard-arda 6 partlayışın baş verdiyini və bu partlayış səslərindən sonra ərazidə yanğının başladığını qeyd ediblər. Hücumun raket, yoxsa pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilməsi barədə hələlik rəsmi məlumat verilməyib. Eyni zamanda, hücum nəticəsində yaranan zərərin miqyası da hələlik məlum deyil.

İraq Kürd Regional Rəhbərliyinin (IKRR) rəsmiləri mövzu ilə bağlı hələ ki, heç bir açıqlama verməyiblər.

Избранный
56
afn.az

1Источники