RU

Netanyahu: İranın Xəzər dənizindəki bütün hərbi gəmilərini məhv etmişik

Netanyahu: İranın Xəzər dənizindəki bütün hərbi gəmilərini məhv etmişik

İsrailin İran Hərbi Dəniz Qüvvələri Xəzər dənizindəki bütün İran gəmilərini məhv edib.

AFN.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahi keçirdiyi mətbuat konfransında bildirib.

"Dünən biz onların (İranın) Xəzər dənizindəki bütün donanmasını məhv etdik. Amerikalı dostlarımız Fars körfəzindəki donanmanı, biz isə digərini məhv etdik" - deyə Netanyahu bildirib.

Qeyd edək ki, martın 18-də axşam saatlarında İsrail televiziyasının "12-ci kanalı" İsrail Hərbi Hava Qüvvələrinin Xəzər dənizindəki İran gəmilərinə zərbələr endirdiyi barədə məlumat yaymışdı. Bildirilirdi ki, hücum İranın Xəzər sahilindəki ən böyük limanı olan Bəndər-Ənzəli şəhərindəki hərbi dəniz bazasına edilib. 19 mart tarixində İsrail ordusunun mətbuat xidməti bu zərbə faktını rəsmən təsdiqləyib və qeyd edib ki, bu, cari əməliyyat müddətində İsrailin Xəzər dənizindəki İran hərbi dəniz obyektlərinə qarşı həyata keçirdiyi ilk hücumdur.

Избранный
120
20
afn.az

10Источники