RU

Bu gündən 11 günlük tətil başlayır

Bakı. Trend:

Azərbaycanda 11 günlük tətil başlayıb.

Trend xəbər verir ki, bu ilNovruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədəardıcıl 11 qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı ildə martın 20,21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbəvə bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinəəsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Martın 20, 21-i isə Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən,Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü iləüst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən növbəti iş günləri 27və 30 mart tarixləri də qeyri-iş günü olacaq.

Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22,23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günüdür.

Избранный
78
49
az.trend.az

10Источники