RU

MPL: "Zirə" "Karvan-Yevlax"ı yendi, "Sabah" "Sumqayıt"ı məğlub etdi

Misli Premyer Liqasında XXV turun oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, turun ikinci günündə daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə autsayder "Karvan-Yevlax" doğma meydanda "Zirə"ni qəbul edib. Qonaqlar çətin qələbəyə seviniblər.

Günün son oyununda lider "Sabah" "Sumqayıt"ı sınağa çəkəcək. Rəvan Həmzəzadənin baş hakimi olduğu matçın start fiti 19:15-də səsləndiriləcək.

Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" "Şamaxı"nı səfərdə 1:0 hesabı ilə üstələyib.

Tura 21 martda yekun vurulacaq.

Misli Premyer Liqası
XXV tur
19 mart 

"Karvan-Yevlax" – "Zirə" 0:1 

Qol: Anatoli Nuriyev, 78.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
VAR: Cavid Cəlilov, Müslüm Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax. Şəhər stadionu.

“Karvan-Yevlax”: 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kings, 21. İmani Barker, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli.
Baş məşqçi: Füzuli Məmmədov.
“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 19. Rüfət Abdullazadə, 4. Ruan Renatov, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Aka, 28. Leroy Mikels, 20. İssa Cibrila, 93. Brahim Konate, 11. Junior Martins, 17. Ayron Qomis.
Baş məşqçi: Rəşad Sadıqov.

"Sabah" – "Sumqayıt" 3:1

Qol: Kahim Parris, 24. Coy Lens Mikels, 49. V.Simiç,71. - Nsana Simon, 90+2 
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli.
VAR: Kamranbəy Rəhimov, Pərvin Talıbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Masazır. "Bank Respublika Arena".

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 7. Umarali Raxmonaliyev

Ehtiyat oyunçular55. Nicat Mehbalıyev 12. Rauf Əyyubov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 83. Stefen Ende

“Sumqayıt”: 22. Xəyal Fərzullayev 8. Səbuhi Abdullazadə (k) 75. Nadir Orucov 97. Vüsal Paşayev 9. Aleksandr Ramalinqom 72. Rayan Senhadjic 6. Sedrik Badolo 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 71. Masaki Murata 11. Aleksa Yankoviç

Ehtiyat oyunçular: 12. Murad Ağamalıyev 56. Aftandil Arixov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 37. Nihad Orucəli 10. Nikola Ninkoviç 95. Nsana Simon

Избранный
28
fanat.az

1Источники