RU

Sumqayıtda qadın dəm qazından boğulubVİDEO

Sumqayıtda dəm qazı zəhərlənməyə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə nəticəsində şəhər sakini 38 yaşlı Xəyalə Kərimova  yaşadığı fərdi yaşayış evində ölüb.

Məlumata görə, Xəyalə Kərimovanın səhhətində problemlər var imiş. O, psixoloji vəziyyətinə görə vaxtaşırı xəstəxanada müalicə alırmış. Bu dəfə müalicəsini başa vurub atası evinə gələrkən dəm qazının hamam otağına sızması nəticəsində zəhərlənərək həyatını itirib. İlkin ehtimallara əsasən, hadisə hamamda istifadə olunan qaz avadanlıqlarından birində yaranmış nasazlıq və ya ventilyasiya sisteminin düzgün işləməməsi səbəbindən baş verib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
67
xezerxeber.az

1Источники