RU

Qusar rayonunda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir -Fotolar



Novruz bayramı xalqımızın minilliklər boyu formalaşmış zəngin mədəni irsini, milli-mənəvi dəyərlərini özündə yaşadan ən əziz bayramlardan biridir. Təbiətin oyanışını, bolluq və bərəkəti simvolizə edən bu el bayramı Azərbaycan xalqının birlik, həmrəyliyinin parlaq təcəssümü kimi hər il böyük təntənə ilə qeyd olunur.

Martın 19-da Qusar rayonunda Novruz bayramı münasibətilə rəngarəng bayram tədbiri təşkil olunmuşdur. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon Mədəniyyət Mərkəzi, Qusar Dövlət Ləzgi Dram Teatrı, Regional Təhsil Şöbəsi, rayon Gənclər və İdman idarəsi, İncəsənət məktəbi, Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq muzeyinin fəal iştirakı ilə şəhər Mahmud Əbilov adına Mərkəzi Meydanında keçirilən tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH Başçısı Aparatının məsul şəxsləri, YAP Qusar rayon təşkilatının sədri, idarə, müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və qonaqlar iştirak etmişdir.

Tədbirdən əvvəl Novruzun sevilən personajları olan Bahar qızı, Kosa və Keçəl xüsusi bəzədilmiş avtomobillə rayon ərazisində hərəkət edərək şəhər sakinlərini bayram tədbirinə dəvət etmişdir.
Bayram münasibətilə şəhərin al-əlvan bəzədilmiş mərkəzi meydanında təşkil edilmiş sərgidə sənətkarların əl işləri, dekorativ-tətbiqi sənət nümunələri, rəsm əsərləri, milli geyimlər, eyni zamanda Novruz süfrəsinə xas olan şirniyyatlar və milli mətbəximizə aid digər təamlar nümayiş edilmişdir. Novruz bayramının əsas rəmzlərindən biri olan bayram tonqalı alovlandırılmış, Novruzun rəsmi personajı olan Bahar qızı meydana daxil olaraq tədbir iştirakçılarını, bütün rayon sakinlərini və qonaqları bayram münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Kosa, keçəl, kəndirbazlar və sim pəhləvanlarının maraqlı çıxışları iştirakçılarda bayram sevincini daha da artırmışdır.

Rayon icra hakimiyyətinin başçısı və digər rəsmilər sərgiyə baxış keçirmiş, müxtəlif idman növləri üzrə idmançıların çıxışları və rəqs nümunələrinə tamaşa etmiş, sakinlərlə səmimi söhbət apararaq onları bayram münasibətilə təbrik etmişdir. Tədbir incəsənət nümayəndələrinin təqdimatında konsert proqramı-şən musiqilər, rəqs nümunələri ilə davam etdirilmişdir.



Избранный
58
1
aia.az

2Источники