RU

Mexiko şəhərində Novruz bayramına həsr edilmiş təntənəli konsert təşkil edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan, Türkiyə və Qazaxıstanın Meksikadakı səfirlikləri, ocümlədən Mexiko şəhərində yerləşən Yunus Əmrə İnstitutu TürkiyəMədəniyyət Mərkəzinin birgə təşkilatçılığı və Bakıda yerləşən TürkMədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Mexiko şəhərində yazıngəlişini, təbiətin oyanışını və yeni ilin başlanğıcını simvolizəedən Novruz bayramı münasibətilə təntənəli konsert proqramı təşkilolunub.

Trend xəbər verir ki,tədbirdə Meksika Deputatlar Palatasının və Senatının üzvləri,xarici işlər və mədəniyyət nazirliklərinin müxtəlif idarələrininvəzifəli şəxsləri, Meksikada akkreditə olunmuş səfirlər vədiplomatik korpusun digər təmsilçiləri, habelə yerli mətbuatnümayəndələri iştirak ediblər.

Yerli ictimaiyyətə açıq keçirilən konsertdə Meksikada yaşayanhəmyerlimiz Nana Babayevanın rəhbərlik etdiyi ansambl, həmçininTürk Dünyası Rəqs və Musiqi Ansamblı tərəfindən Azərbaycan,Türkiyə, Qazaxıstan və Meksika bəstəkarlarının repertuarındantanınmış musiqi parçaları ifa olunub.

Konsert proqramının açılışında çıxış edən AzərbaycanınMeksikadakı səfiri Seymur Fətəliyev konsertin Azərbaycan, qardaşTürkiyə və Qazaxıstanın Meksikadakı səfirlikləri tərəfindən birgətəşkil olunmasının xüsusi məna daşıdığını, belə bir birgətəşəbbüsün paylaşma, həmrəylik və ortaq mədəni yaddaş olan Novruzunruhuna uyğun olduğunu bildirib. Novruz bayramının türk dünyasınıbir araya gətirən ən güclü mədəni dəyərlərdən biri olduğuvurğulanıb. Çıxışında eyni zamanda Novruzun böyük birləşdiricigücünün beynəlxalq səviyyədə də tanınmasından söz açan səfir2010-cu ildə BMT Baş Assambleyası tərəfindən 21 mart BeynəlxalqNovruz Günü elan edildiyini, Azərbaycanın da bu təşəbbüsü irəlisürən və dəstəkləyən ölkələr sırasında yer aldığını diqqətəçatdırıb. Bu qərarın Novruzun həm də bəşəri dəyərləri təcəssümetdirən beynəlxalq mədəni hadisə kimi qəbul edildiyinin göstəricisiolduğunu bildirib. Həmçinin, Novruzun 2009-cu ildə UNESCO-nunBəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısınadaxil edildiyi, ilk çoxmillətli nominasiya kimi müxtəlif ölkələribirləşdirdiyi izləyicilərin diqqətinə çatdırılıb.

Türkiyənin Meksikadakı səfiri Murat Səlim Əsənli, QazaxıstanSəfirliyinin müşaviri Yerlan Kubaşev də öz çıxışlarında Novruzbayramının türk dünyasını birləşdirən dəyərlərdən biri olduğunuqeyd edib, bu tədbirin Meksikada birgə təşkilinin əhəmiyyətinivurğulayıblar.

Həmçinin açılışda Türk Mədəniyyəti və İrsi Fondunun prezidentiAktotı Raimkulova və Yunus Əmrə İnstitutu Türkiyə MədəniyyətMərkəzinin rəhbəri Əbdürrəhman Əlinin Novruz münasibətilə tədbiriştirakçılarına video müraciətləri səsləndirilib. MüraciətlərdəNovruzun Azərbaycan, Türkiyə, Qazaxıstan kimi türk xalqları başdaolmaqla geniş coğrafiyada qeyd olunan, ortaq mədəni dəyərləri vətarixi bağları əks etdirən əlamətdar bayram olduğu vurğulanıb.

Anşlaqla keçən konsert proqramı izləyicilər tərəfindən böyükmaraqla qarşılanıb. Tədbir iştirakçılarına türk dünyasımədəniyyətini əks etdirən video-çarxlar, habelə Azərbaycan vəTürkiyə mətbəxinin təamları təqdim olunub.

Tədbirin informasiya dəstəyi “Trend” İnformasiya Agentliyitərəfindən göstərilib.

Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Mexiko
Избранный
80
2
az.trend.az

3Источники