RU

ADU da bayram şənliyi: Novruz tonqalı və Ramazan süfrəsi

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 mart, AZƏRTAC

Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Novruz və Ramazan bayramlarına həsr olunan tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə xalqımızın hər il böyük sevinclə qeyd etdiyi Novruz və Ramazan bayramlarının tarixi, ənənələri və atributları haqqında ətraflı məlumat verilib. Rektor Kamal Abdulla kollektivi və tələbələri təbrik edib, universitetin nailiyyətlərindən danışıb: “Universitetimiz bu illər ərzində beynəlxalq və respublika səviyyəsində bir çox nailiyyətlər əldə edib. Bu uğurların səbəbkarı universitetimizin müəllimləri və tələbələridir”.

Tədbir çərçivəsində müxtəlif kafedralar və dekanlıqlar tərəfindən hazırlanan bayram süfrəsi və bayram atributlarının əks olunduğu stendlər nümayiş olunub. Müğənni Elçin Cəfərovun ifasında bayram mahnıları dinlənilib, həmçinin Ramazan süfrəsi təşkil olunub.

Sonda isə Novruz tonqalı alovlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
azertag.az

1Источники