RU

Prezidentin fərmanından sonra Zaur Əliyevin aqibəti necə olacaq?

BAKI, 19 mart. TELEQRAF

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün mühüm fərmanlar imzalayıb.

Teleqraf-ın məlumatına görə, onlardan biri də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlıdır.

Fərmana əsasən, sözügedən agentliyin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Bundan başqa, İTSDA-nın sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) keçib.

Eyni zamanda isə Fərmanla İTSDA və ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (DTSEA) publik hüquqi şəxs yaradılıb.

Belə olan halda bu fərmana qədər İcbar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri olan Zaur Əliyevin bundan sonrakı aqibətinin necə olacağı sual altına düşüb.

2017-ci ildən sözügedən vəzifədə çalışan 45 yaşlı Zaur Əliyev eyni zamanda TƏBİB-in Müşahidə Şurasının sədridir.

TƏBİB-in sabiq sədri Vüqar Qurbanov isə ötən günlərdə vəzifəsindən uzaqlaşdırılıb.

Görünən odur ki, məmurlar onlara tapşırılan mühüm sahə üzrə göstərilən etimadları doğrultmayıb.

Избранный
61
1
teleqraf.com

2Источники