Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Cəlilabad rayonunda 40 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Cəlilabad şəhəri, Səttərxan küçəsində baş verib. 1986-cı il təvəllüdlü Əhməd həmin küçədə yerləşən fərdi yaşayış evinin dəhlizində arvadı Səma (adlar şərtidir – red.) ilə mübahisə edib. Ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı arvadının sifət, sağ əl və sol çiyin nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi vuraraq onu döyüb. Faktla bağlı Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən də ona qarşı olan şikayətini geri götürüb. Məhkəmə belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tam ödədiyindən və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət təqibinə xitam verilməlidir.Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə Əhmədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib. Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.