RU

"UNEC-də Novruz daha gözəl olur" adlı təntənəli bayram tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

UNEC-də xalqımızın milli-mənəvi dəyərlərini və qədimadət-ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə“UNEC-də Novruz daha gözəl olur” adlı təntənəli bayram tədbirikeçirilib.

Tədbirin açılışında çıxış edən UNEC-in rektoru, professor ƏdalətMuradov universitet kollektivini təbrik edərək, bu əziz bayramınbirlik, həmrəylik və milli dəyərlərin təntənəsi olduğunuvurğulayıb. Novruzun insanlara yenilənmə, ümid və gələcəyə inamaşıladığını deyən rektor, müəllim, tələbə və əməkdaşlaracansağlığı, uğurlar və firavanlıq arzulayıb.

Sonra Ədalət Muradov tələbə-rektor Ayan Cavadzadə ilə birlikdəNovruz tonqalını alovlandırıb.

Bayram şənliyində Azərbaycanın müxtəlif regionlarına xas olanNovruz mətbəxinin nemətləri və atributları ilə zəngin guşələrnümayiş olunub. Fakültələr tərəfindən hazırlanmış Novruz xonçalarıvə milli şirniyyatlar böyük maraqla qarşılanıb.

Tədbirdə Novruzun ənənəvi personajları olan Kosa və Keçəliniştirakı ilə təqdim olunan səhnəciklər, əyləncəli oyunlar, eləcə dəpəhləvanın göstərdiyi nömrələr iştirakçılara xoş anlar yaşadıb.Yaradıcılıq Mərkəzinin vokal, instrumental orkestr və rəqsdərnəklərinin üzvləri olan istedadlı tələbələrin çıxışları isətədbirə xüsusi bayram ovqatı qatıb.

Əcnəbi tələbələrin də böyük maraqla qoşulduğu şənlikçərçivəsində bayram tonqalının ətrafında yallı gedilərək birlik vəhəmrəylik nümayiş etdirilib. Tədbir musiqiçilərin ifasındasəsləndirilən şən musiqi nömrələri ilə davam edib.

Məqalədə:
Избранный
101
7
az.trend.az

8Источники