RU

ABŞ nin müharibə katibi: Bu gün İrana qarşı ən böyük zərbə həyata keçiriləcək

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vaşinqton, 18 mart, AZƏRTAC

Bu günə qədər İran və onun hərbi infrastrukturunda 7 mindən çox hədəfə zərbə endirmişik.

AZƏRTAC xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) müharibə katibi Pit Heqset keçirdiyi brifinqdə deyib.

“Bu gün İrana qarşı ən böyük zərbə həyata keçiriləcək. Bizim imkanlarımız artmaqda, İranın imkanları isə azalmaqda davam edir”, - deyə o bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
98
3
azertag.az

4Источники