525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Ölkədə aparılan islahatlar həyatımızın hər bir sahəsini əhatə edir və daha çevik, şəffaf idarəetmə sisteminin qurulmasına xidmət göstərir. Biz dövlət idarəetmə sistemində struktur və institusional islahatların aparıldığını və onun müsbət nəticələrini görmüşük. İndi isə bu islahatların davamı olaraq dövlət qulluqçularının əmək haqlarının da təkmilləşdirilməsinəvə daha rəqabətqabiliyyətli bir sistemin formalaşdırılması aparılır".
Bu barədə 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.
Əlavə edib ki, bu baxımdan dövlət başçısının imzaladığı yeni qanunvericlik aktları yuxarıda qeyd edilən istiqamətləri daha təkmil qurmağa, vahid struktur əsasında daha optimal və balanslı effektiv modelə keçməsinə yol açacaq.
"Belə ki, dövlət qulluğu əməkhaqqı sistemindəki mürəkkəbliyi aradan qaldırır. Yəni əməkhaqqına əlavə olunan bonus və artım sitemi ləğv olunaraq vahid bir vəzfə maaşları formalşacaqdır. Bu da bəzi sahələrdə bonus şəkilində edilən ödəmələrlə bağlı disproporsiyanı aradan qaldıracaq və dövlət qulluğu sistemində işləyənlərə şəffaf şəkildə müəyyən olunmuş tariflərə görə əməkhaqqı ödənilən yeni bir modeli formalaşdıracaqdır. Daha ədalətli və rəqabətli əməkhaqqı sistemi dövlət qulluğuna daha savadlı və ixtisaslı kadrların cəlb olunmasına şərait yaradır. Bu da idarəetmə keyfiyyətini yüksəldir. Bu həm də dövlət qulluğu sistemində əməkhaqqların özəl sektorla rəqabətli səviyyəyə gəlməsinə və bu sektorda daha peşəkar kadrların cəlb olunmasına stimul yaradacaq", - deputat deyib.
Onun sözlərinə görə, bu dəyişiklik yalnız sosial xarakter daşımır, həm də dövlət idarəçiliyində effektivliyi artıracaqdır:
"Əmək haqqı sisteminin təkmilləşdirilməsi və vahid şəkilə salınaraq şəffaf mexanizmlərin tətbiqi qeyri-rəsmi gəlir axtarışını azaldaraq dövlət qulluğunda korrupsiyanın azalmasına və daha şəffaf bir idarəçiliyin qurulmasına xidmət edəcək. Belə bir əməkhaqqı modelin tətbiqi dünya ölkələri təcrübəsində mövcuddur. Məsələn, Gürcüstan, Sloveniya, Latviya, Estoniya, Sinqapur, Honq-Konq, Avropa ölkələrində dövlət qulluğunda vahid vəzifə maaşı sisteminin tətbiqinin müsbət nəticələrini görürlər. Görünən odur ki, yeni modelə uyğun olaraq əməkhaqqının iş nəticələrinə uyğun müəyyən olunması, dövlət qulluqçularının daha məsuliyyətli və səmərəli işləməsinə səbəb olur. Bu həm də rəqabətli maaşlar dövlət sektorundan özəl sektora keçidin qarşısını qismən alır və təcrübəli kadrların sistemdə qalmasını təmin edir. Həm də motivasiyalı və peşəkar kadrların vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artmasına töhfə verəcəkdir.
Əməkhaqqının vahid vəzifə maaşı səviyyəsinə gətirilməsi əməkhaqqı fondunun düzgün planlaşdırılması və optimallaşdırılmasına imkan verməklə dövlət xərclərinin effektivliyini artıraracaqdır. Bu, əməkhaqqı sisteminin daha stabil və düzgün proqnozlaşdılan bir modelə keçid edilməsinə yol açacaq.
Sonda qeyd edə bilərəm ki, bu islahat dövlət qulluğunu daha şəffaf, effektiv və vətəndaş yönümlü sistemə çevirərək idarəetmənin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldə bilər".
Pərvanə Sultanova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.