RU

Tokayev “mental inqilab” çağırışı etdi » AzadMedia.az


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə humanitar sahələrin üstünlük təşkil etməsi fonunda “mental inqilab”ın zəruri olduğunu bildirib. O, bu barədə Almatı şəhərində elmi ictimaiyyətlə görüşü zamanı danışıb.
Dövlət başçısı qeyd edib ki, ölkənin gələcək inkişafı üçün cəmiyyətin düşüncə tərzi dəyişməlidir və əsas diqqət elm və texnologiyalara yönəlməlidir. Tokayevin sözlərinə görə, “millətin mentalitetini dəyişmək” məhz bu istiqamətdə dönüş etmək deməkdir.
Prezident vurğulayıb ki, universitetlər ölkənin intellektual elitasını formalaşdırır və təhsil yalnız sosial xidmət kimi qəbul edilməməlidir. O əlavə edib ki, hazırda Qazaxıstanda bəzi humanitar ixtisaslar — hüquqşünaslar, filoloqlar və diplomatlar — üzrə mütəxəssislərin sayı həddindən artıq çoxdur.
Çıxışı zamanı Tokayev yaxın vaxtlarda Süni İntellekt Universitetinin açılacağını da açıqlayıb. Yeni ali təhsil müəssisəsinin artıq bu il ilk tələbə və magistrantlarını qəbul edəcəyi planlaşdırılır. Prezident bildirib ki, süni intellektin uğurlu inkişafı güclü elmi baza olmadan mümkün deyil və mürəkkəb alqoritmlər məhz inkişaf etmiş universitet mühitində yaranır.
Qeyd edək ki, Qazaxıstanda 2026-cı il rəsmi olaraq rəqəmsallaşma və süni intellekt ili elan olunub. Hökumət strukturunda da dəyişikliklər edilib — Rəqəmsal inkişaf nazirliyi bazasında yeni Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb və onun rəhbərinə baş nazir müavini statusu verilib.
Избранный
63
1
azadmedia.az

2Источники