RU

Pit Heqset: “ İranın resurları xalqa yox, silahlara yönəlib”

Bu gün ABŞ-nin müdafiə naziri Pit Heqset İranla bağlı açıqlamasında Amerikanın hərbi əməliyyatlarda üstün mövqedə olduğunu bildirib.

O, qeyd edib ki, İran uzun illər ərzində dövlət resurslarını öz vətəndaşlarına deyil, raketlərə, dronlara, proksi qüvvələrə və yeraltı hərbi infrastruktura yönəldib.

Nazirin sözlərinə görə, İran əldə etdiyi iqtisadi və humanitar yardımları da hərbi məqsədlərə sərf edib və bu yanaşma HƏMAS nümunəsində də müşahidə olunub.

Heqset vurğulayıb ki, ABŞ qüvvələri İranın hərbi imkanlarını “sistemli, amansız və böyük üstünlüklə” hədəf alır. O, əlavə edib ki, bu cür əməliyyatları dünyada heç bir ordunun eyni səviyyədə həyata keçirməsi mümkün deyil.

ABŞ müdafiə naziri sonda bildirib ki, aparılan əməliyyatların nəticələri artıq aydın şəkildə görünür.

Избранный
93
1
veteninfo.az

2Источники