RU

Axund və imamlar ftara niyə qatılmayıb? - BQMI-dən açıqlama

AzVision.az BQMI-dən verilən bəyanatı olduğu kimitəqdim edir:

“Ötən axşam Tbilisi şəhərində Azərbaycan Respublikasının ölkəmizdəki səfirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Milli-Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən birgə iftar süfrəsi təşkil olunmuşdur. İftar məclisinə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri və bir sıra ruhani şəxslər dəvət olunsalar da, onlar fəaliyyətə məlum olan səbəblərə görə tədbirdə iştirak etməmək qərarına gəlmişlər.

İştirakın səbəbi ondan ibarətdir ki, Gürcüstan Müsəlmanları İdarəsinin artıq iki ildir Azərbaycanın şimal qərbində yaşayan gürcü müsəlmanları üçün iftar məclisi təşkil etmək təklifi ilə etdiyi rəsmi müraciətlərə müsbət cavab ala bilməmişdir. Bu məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbərliyi ilə danışıqlar aparılsa və əvvəlcədən məlumat verilməsinə baxmayaraq, qeyd olunan təşəbbüsə cavab verilmədən yuxarıda qeyd olunan tədbir keçirilmişdir. İftar mərasimi zamanı Azərbaycan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Faiq Quliyev məsələnin mahiyyətindən xəbərdar olduğu halda, Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri və ruhanilərini hədəf alan ağır ittihamlar səsləndirmişdir. Səsləndirilən bu ittiham qəbul edilməzdir. Azərbaycan dövləti və ölkəmizdəki səfirliyi ilə mövcud olan xoş münasibətlərin və səmimi əlaqələrin qorunub saxlanılması vacib və təqdirəlayiqdir. Məlum olduğu kimi narazılıq yalnız Azərbaycanda fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinindir. Biz bütün sahələrdə davam edən ölkələrarası münasibətləri yüksək qiymətləndirir, daha da inkişafını istəyirik. Yaşasın Gürcüstan və Azərbaycan dostluğu!”

Məlumat üçün bildirək ki, martın 17-də Tbilisidə keçirilən “Gürcüstan azərbaycanlıları: mənəvi dəyərlər və tarixi ənənələr” mövzusunda iftar proqramında səfir Faiq Quliyev çıxışı zamanı dəvət olunmalarına baxmayaraq tədbirə qatılmayan Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BQMI) axund və imamlarının etirazını ifadə edib.

Избранный
64
2
azvision.az

3Источники