RU

WSJ: “ İsrail  İran rəsmilərini gizləndikləri yerlərdə hədəfə alır”

“The Wall Street Journal” qəzeti yazıb ki, İsrail kəşfiyyat xidmətləri İranın yüksək rütbəli rəsmilərini gizləndikləri yerlərdə müəyyən edərək hədəfə alır.

Qəzet yazır ki, Əli Laricani müharibə başlayandan sonra ilk dəfə Tehranda ictimaiyyət qarşısına çıxsa da, bir neçə gün sonra şəhər kənarında yerləşən sığınacaqda keçirilən görüş zamanı müəyyən edilərək raket zərbəsi nəticəsində həlak olub.

Məlumata görə, elə həmin gün Qulamrza Süleymaninin də gizləndiyi yer müəyyən olunub. Onun Tehranın meşəlik ərazisində çadırda olduğu barədə məlumat əldə edildikdən sonra o da hədəfə alınaraq qətlə yetirilib.

Qeyd olunur ki, İsrailin son həftələrdə “Bəsic” qüvvələrinin qərargahlarına endirdiyi zərbələr onları açıq ərazilərdə toplaşmağa məcbur edib və bu da kəşfiyyat məlumatlarının əldə edilməsini asanlaşdırıb.

Избранный
52
veteninfo.az

1Источники