525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“İran Futbol Federasiyası 2026-cı ildə keçiriləcək Dünya Kubokunu yox, ABŞ-ı boykot edəcək”.
525.az xəbər verir ki, bu barədə “Reuters”ə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac deyib.
O bildirib ki, ölkəsi Dünya çempionatına hazırlaşır.
“Biz Dünya Kubokuna hazırlaşırıq. Dünya Kubokunu deyil, ABŞ-ı boykot edirik", - Tac vurğulayıb.
İran millisi qrup mərhələsinin hər üç oyununu ABŞ-da keçirməlidir. İran komandası Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yarışacaq. Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Yarışda ilk dəfə qırx səkkiz komanda iştirak edəcək.
Pərvanə Sultanova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.