RU

Səadət Bayramova: Bayram günlərində yoluxucu xəstəlik riski artır

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə, yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin və mövsümi qrip hallarının artması müşahidə oluna bilər.

“Kistoz Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin sədri Səadət Bayramova bayram və istirahət günlərində yoluxucu xəstəliklərin yayılma riskinin artması ilə bağlı QHT.az-a açıqlama verib.

Səadət Bayramova bildirib ki, bayram günləri insanların daha çox bir araya gəlməsi yoluxucu xəstəliklərin yayılması ehtimalını yüksəldir. Onun sözlərinə görə, bu dövrdə şəxsi gigiyena qaydalarına əməl olunması və qapalı, izdihamlı məkanlarda ehtiyatlı davranılması xüsusi əhəmiyyət daşıyır.

S.Bayramovanın sözlərinə görə, “Bayram və istirahət günləri insanların bir araya gəldiyi, sevinc və paylaşımın artdığı xüsusi dövrlərdir. Lakin bu zamanlarda yoluxucu xəstəliklərin yayılma riski də yüksəlir”.

Sədr vurğulayıb ki, əllərin mütəmadi yuyulması, xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinmək, eləcə də zəruri hallarda maska kimi fərdi qoruyucu vasitələrdən istifadə vacibdir. O əlavə edib ki, ictimai yerlərdə gigiyenik davranış qaydalarına riayət olunması hər kəs üçün önəmlidir.

Səadət Bayramova bildirib ki, “Sağlam cəmiyyət hər bir fərdin məsuliyyətli davranışından başlayır".

Sədr qeyd edib ki, sadə, lakin effektiv qoruyucu tədbirlərə əməl etməklə həm şəxsi sağlamlığı qorumaq, həm də ətrafdakı insanların təhlükəsizliyini təmin etmək mümkündür.

Fatimə Nəbiyeva

Избранный
58
qht.az

1Источники