RU

Növbəti köç karvanı Xocavəndə və Xanabada çatdı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
ONN media xəbər verir ki, növbəti köç karvanı Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə çatıb.
Bu mərhələdə Xocavənd şəhərinə 46 ailə (177 nəfər), Xanabad kəndinə isə 19 ailə (89 nəfər) köçürülüb.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Избранный
56
11
onn.az

10Источники