RU

İranın resurları xalqa yox, silahlara yönəlib” ABŞ ın müdafiə naziri

ain.az, Azxeber.com portalına istinadən məlumat verir.

"İranın resurları xalqa yox, silahlara yönəlib”

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.

O İranla bağlı açıqlamasında Amerikanın hərbi əməliyyatlarda üstün mövqedə olduğunu bildirib.

Nazir, qeyd edib ki, İran uzun illər ərzində dövlət resurslarını öz vətəndaşlarına deyil, raketlərə, dronlara, proksi qüvvələrə və yeraltı hərbi infrastruktura yönəldib.Heqsetin sözlərinə görə, İran əldə etdiyi iqtisadi və humanitar yardımları da hərbi məqsədlərə sərf edib və bu yanaşma HƏMAS nümunəsində də müşahidə olunub.O vurğulayıb ki, ABŞ qüvvələri İranın hərbi imkanlarını "sistemli, amansız və böyük üstünlüklə” hədəf alır. O, əlavə edib ki, bu cür əməliyyatları dünyada heç bir ordunun eyni səviyyədə həyata keçirməsi mümkün deyil.ABŞ müdafiə naziri sonda bildirib ki, aparılan əməliyyatların nəticələri artıq aydın şəkildə görünür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
95
1
azxeber.com

2Источники