RU

BDU da sosial emosional öyrənmənin təhsil prosesinə inteqrasiyası tədqiq edilir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş növbəti elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Gender və tətbiqi psixologiya kafedrasının dosenti Elmina Kazımzadə “Sosial-emosional bacarıqlar və məktəb liderliyi” mövzusunda mühazirə deyib.

Mühazirə zamanı təhsil psixologiyasının müasir yanaşmaları, öyrənmə prosesində sosial-emosional bacarıqların rolu və məktəb mühitində liderliyin formalaşdırılması məsələləri geniş izah olunub. Qeyd edilib ki, bu sahədə aparılan tədqiqatlar öyrənmə davranışları, motivasiya, şagird şəxsiyyətinin inkişafının daha dərindən anlaşılmasına imkan yaradır.

Elmina Kazımzadə çıxışında müasir təhsil sistemində “nə” sualından “necə” sualına keçidin baş verdiyini vurğulayıb. Bildirib ki, bu yanaşma öyrənmənin daha effektiv təşkili, şagirdlərin potensialının üzə çıxarılması və inklüziv təhsil mühitinin formalaşdırılması baxımından əhəmiyyət kəsb edir.

Seminar çərçivəsində, həmçinin sosial-emosional öyrənmənin təhsil prosesinə inteqrasiyası, təhlükəsiz və dəstəkləyici məktəb mühitinin yaradılması, pozitiv psixologiyanın bu sahədəki rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
azertag.az

2Источники