RU

"Yunayted" braziliyalı üçün 80 milyonu "GÖZDƏN ÇIXARDI"

"Mançester Yunayted" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" "Nyukasl" forması geyinən Bruno Gimaraesi heyətinə qatmağı planlaşdırır.

Bu barədə "Reuters" məlumat yayıb.

Mənbənin iddiasına görə, İngiltərə nəhəngi 28 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro ödəməyə hazırdır. Hazırda tərəflər arasında danışıqlara start verilib.

Qeyd edək ki, Braziliya millisinin üzvü 2022-ci ildən "Nyukasl"da çıxış edir. O, bu mövsüm komandasının heyətində meydana çıxdığı 35 rəsmi oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə edib.

Salahdan daha bir rekord - İLK AFRİKALI OYUNÇU OLDU

“Qalatasaray”da iki itki Birdən

“Barselona”da ciddi itki

"Fənərbaxça"da ciddi itki - KLUB AÇIQLADI

"İnter" Çalhanoğlunun əvəzedicisini tapdı

Избранный
45
1
apasport.az

2Источники