RU

Azərbaycanda dəniz nəqliyyatı ilə beynəlxalq yükdaşımaların həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəniz nəqliyyatıvasitələri ilə 317,6 milyon ABŞ dolları dəyərində 151,9 min ton yükdaşınıb.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 120,8 milyon ABŞ dolları və ya 27,5%,həcm ifadəsində isə 288,7 min ton və ya 2,9 dəfə azdır.

Hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı ilə 16,038milyon ABŞ dolları dəyərində təqribən 23,1 min ton yük ixrac olunubki, bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyərifadəsində 8,7 milyon ABŞ dolları və ya 2,2 dəfə, həcm ifadəsindəisə 2,8 min ton və ya 14% çoxdur.

Bu ilin yanvar-fevral aylarında Azərbaycana dəniz nəqliyyatı ilə301,6 milyon ABŞ dolları dəyərində 128,8 min ton yük idxal olunubki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 129,5 milyon ABŞ dolları və ya 30%, həcm ifadəsində isə291,5 min ton və ya 3,3 dəfə azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandayük nəqliyyatı vasitələri ilə ümumilikdə 6,264 milyard ABŞ dollarıdəyərində 9,062 milyon ton yük daşınıb. Bu, dəyər baxımındanəvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,640 milyard ABŞ dolları vəya 29,7%, həcm baxımından isə 1,540 milyon ton və ya 14,5%azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandanümumilikdə 3,665 milyard ABŞ dolları dəyərində 7,559 milyon ton yükixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 1,102milyard ABŞ dolları və ya 23,1%, həcm ifadəsində isə 1,123 milyonton və ya 12,9% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar-fevral aylarında yüklərin daşınmavasitələri üzrə Azərbaycana ümumilikdə 2,599 milyard ABŞ dollarıdəyərində 1,503 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilineyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,539 milyardABŞ dolları və ya 1,6 dəfə, həcm baxımıdan isə 417,6 min ton və ya21,7% azdır.

Избранный
58
9
az.trend.az

10Источники