RU

İnter in forvardı vətəndaşlığını dəyişdi

ain.az, Fanat portalına istinadən məlumat yayır.

"İnter"in fransalı hücumçusu Ange-Yoan Bonni Fil Dişi Sahili millisində oynayacaq.

Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Daniele Mari sosial şəbəkə hesabı üzərindən paylaşım edərək məlumat yayıb.

Bonninin vətəndaşlıq dəyişikliyini Fil Dişi Sahili milli komandasının baş məşqçisi Emers Faye təsdiqləyib.

"Bonni ilə razılaşmışıq. O, bizim üçün oynamağı seçdi. Hazırda diş problemi ilə mübarizə aparır. Bu səbəbdən tam özünə gəlməsi üçün ona mart ayında zəng etməmək qərarına gəldik. O, yaxın gələcəkdə bizə qoşulacaq".

Bonni Fransanın müxtəlif yaş qrupları üzrə komandalarında 19 oyun keçirib və 6 qol vurub. Lakin o, heç vaxt böyüklər millisinə çağırılmayıb. Hücumçu Fransada anadan olub, lakin əslən Fil Dişi Sahili köklərinə malikdir.

Xatırladaq ki, Bonni "İnter"ə ötən yay "Parma"dan  23 milyon avroya keçib.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
1
fanat.az

2Источники