RU

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların dəyəri 6%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobilnəqliyyatı vasitələri ilə 2,061 milyard ABŞ dolları dəyərində 942,8min ton yük daşınıb.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 126,6 milyon ABŞ dolları və ya 6,5%çox, həcm ifadəsində isə 12,8 min ton və ya 1,3% azdır.

Hesabat dövründə Azərbaycandan avtomobil nəqliyyatı ilə 418,7milyon ABŞ dolları dəyərində təqribən 381,4 min ton yük ixracolunub ki bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədədəyər ifadəsində 87,9 milyon ABŞ dolları və ya 26,6% çox, həcmifadəsində isə 6,8 min ton və ya 1,7% azdır.

Bu ilin yanvar-fevral aylarında Azərbaycana avtomobil nəqliyyatıilə 1,642 milyard ABŞ dolları dəyərində 561,3 min ton yük idxalolunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədədəyər ifadəsində 38,7 milyon ABŞ dolları və ya 2,4% çox, həcmifadəsində isə 5,994 min ton və ya 1,1% azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandayük nəqliyyat vasitələri ilə ümumilikdə 6,264 milyard ABŞ dollarıdəyərində 9,062 milyon ton yük daşınıb. Bu, dəyər baxımındanəvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,640 milyard ABŞ dolları vəya 29,7%, həcm baxımından isə 1,540 milyon ton və ya 14,5%azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandanümumilikdə 3,665 milyard ABŞ dolları dəyərində 7,559 milyon ton yükixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 1,102milyard ABŞ dolları və ya 23,1%, həcm ifadəsində isə 1,123 milyonton və ya 12,9% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar-fevral aylarında yüklərin daşınmavasitələri üzrə Azərbaycana ümumilikdə 2,599 milyard ABŞ dollarıdəyərində 1,503 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilineyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,539 milyardABŞ dolları və ya 1,6 dəfə, həcm baxımıdan isə 417,6 min ton və ya21,7% azdır.

Избранный
76
9
az.trend.az

10Источники