RU

Avropa İttifaqında Leyenə qarşı tənqidlər artıb

ain.az, Ayna portalına istinadən məlumat verir.

"İnandırıcı liderlik tərzi Avropa paytaxtlarında narazılığa səbəb olub"

 Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenin sürətli qərarlar qəbul etmə yanaşması Avropa İttifaqı (Aİ) daxilində getdikcə daha çox tənqidə səbəb olur. AYNA.AZ xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

Nəşr bildirir ki, "inandırıcı liderlik tərzi Avropa paytaxtlarında narazılığa səbəb olub".

Nəşrin məlumatına görə, Aİ rəhbərinə ünvanlanan tənqid Ukraynanın Aİ-yə daxil olmasını sürətləndirmək planlarının, eləcə də Kiyevin maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə təkliflərinin uğursuzluğundan qaynaqlanır.

Leyenin Rusiya ilə sərhəd boyunca "dron divarı" çəkmək çağırışı da uğursuz olub.

Qeyd edək ki, fon der Leyen daha əvvəl ABŞ-ın İrana qarşı müharibəsinin Avropa ölkələri üçün ağır iqtisadi nəticələrə səbəb olduğunu bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
75
ayna.az

1Источники